Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Daha 90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Tarix: 29 May 2019 14:56

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, daha 90 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin əlilliyi olan şəxslər sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya, həmçinin onlara istirahət etmək imkanının yaradılmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əlilliyi olan şəxslərin istirahətinin təşkili nazirliyin “2019-cu il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur.

Bu il 1200 nəfərdən çox əlilliyi olan şəxsin ölkənin istirahət mərkəzlərində 10 gün müddətində istirahətinin təşkili nəzərdə tutulub. Bu ayın ortalarından başlayaraq onlardan artıq 180 nəfər Lənkəran rayonundakı istirahət mərkəzinə yola salınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Daha nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ