Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 21:09
Bakı. Trend:
Xahiş edirəm ki, KİV-lər hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmasın.
Bunu Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, vətəndaşlara minimum əmək haqqı məbləğində yardım ediləcəyi faktı hələ ki təsdiqlənməyib:
“Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb. Təkliflər aidiyyəti üzrə təqdim olunub. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək”.
Xatırladaq ki, martın 29-da bəzi KİV-lərdə Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq hər ailə üçün 250 AZN məbləğində yardımın nəzərdə tutulduğuna dair məlumatlar yer alıb.