Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AQTA sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb (FOTO)

AQTA sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb (FOTO)

Tarix: 29 May 2019 15:40

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb.

AQTA-dan Trend-ə verilən məlumata görə, görüşdə Agentlik sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla, eyni zamanda sahibkarlarla sıx əməkdaşlıq edir.

Görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın İdarə Heyətinin sədri Falko Heidrich səmimi qəbula görə təşəkkür edib, palatanın 2012-ci ildən etibarən alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi sahibkarlara bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verdiyini diqqətə çatdırıb. F. Heidrich ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Sonda qida təhlükəsizliyi istiqamətində həyata keçirilməsi planlaşdırılan birgə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  AQTA sədri Alman Azərbaycan Xarici Ticarət Palatasιnın nümayəndə heyəti ilə görüşüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ