Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib - VİDEO - FOTO

Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib - VİDEO - FOTO

Tarix: 30 Mart 2020 19:16

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib. Belə ki, Fondun daimi himayəsində olan körpələr və uşaq evləri, internat məktəbləri, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzinin yerləşdiyi bina və ərazilər dezinfeksiya olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, eyni zamanda qeyd olunan müəssisələrə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb. Həkim briqadaları xüsusi karantin rejimi çərçiəsində zəruri profilaktik tədbirlər barədə müəssisələrin sakinləri və işçi heyətə təlimlər keçib.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib. Virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

Milli.Az


Etiketlər:  Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ