Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 16:51
Bakı. Trend:
Bakıda polis xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdanı taparaq sahibinə qaytarıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb.
Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub.
Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin