Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çeferindən ''bioloji bomba'' açıqlaması

Çeferindən ''bioloji bomba'' açıqlaması

Tarix: 30 Mart 2020 21:48

UEFA prezidenti Aleksandr Çeferin Avropada koronavirusun yayılmasının qaynağının Çempionlar Liqasının 1/8 finalının “Atalanta” - “Valensiya” görüşü olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Atalanta" - "Valensiya" matçının "bioloji bomba" təsiri yaratdığını düşünmürəm. 19 fevralda Lombardiyanın pandemiyanın mərkəzi olacağını kim bilirdi? Bu vəziyyətin bu qədər irəliləyəcəyini kim təxmin edərdi? Qərarları bir gündə vermirik. İtaliyalı nümayəndələrdən soruşduq və onlar oyunla bağlı heç bir problem olmadığını söylədilər. Sərhədlər açıq idi.  Burada məsuliyyət yerli təşkilatçılarda idi".

 


Etiketlər:  Çeferindən bioloji bomba açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ