Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2019 17:03
Bakı. Trend:
Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin