Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan səfiri “The İndependent” qəzetinə etiraz məktubu ünvanlayıb

Azərbaycan səfiri “The İndependent” qəzetinə etiraz məktubu ünvanlayıb

Tarix: 29 May 2019 17:15

Bakı. Trend:

Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Tahir Tağızadə “The İndependent” qəzetində 25 may 2019-cu il tarixində Conatan Lyunun müəllifliyi ilə dərc edilmiş “Henrix Mxitaryan: Bakı və nə səbəbdən idman və siyasət bir-birindən ayrıla bilməz” məqaləsinə cavab hüququndan istifadə edərək, həmin qəzetin Baş redaktoruna açıq məktub ünvanlayıb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məktubda müəllifin bəzi məsələlərə “tarixi” baxımdan toxunmadan öncə, tarixi öyrənməli olduğu tövsiyə edilir, Bakıda UEFA Avropa Liqası ilə bağlı bütün idmançılara və azarkeşlərə təhlükəsizlik zəmanətinin verildiyi xatırladılır.

Məktubunda səfir Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizlənmə siyasətinin yürütdüyünü, Xocalı soyqırımını törətdiyini və indiyə kimi beynəlxalq ictimaiyyətinin tələblərinə məhəl qoymadığını vurğulayır və müəllifi əsl tarixi yanaşmaya dəvət edərək, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə yaxından tanış olmağa çağırır.

Səfir, həmçinin müəllifi qondarma “şahidlər”ə və naməlum “sorğular”a istinad etməkdənsə, daha etibarlı mənbələrə müraciət etməsini məsləhət görür və bu xüsusda konkret nümunələr göstərir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan səfiri İndependent qəzetinə etiraz məktubu ünvanlayıb


RƏYLƏR