Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən populyar smartfonunun istehsalı dayandırılıb

Dünyanın ən populyar smartfonunun istehsalı dayandırılıb

Tarix: 31 Mart 2020 13:30

Hindistanda “iPhone Xr” smartfonunun istehsalı dayandırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mənbələrin məlumatına görə, “Apple” şirkətinin tərəfdaşı qismində çıxış edən “Foxconn” Hindistanın Çennay şəhərində yerləşən zavodda smartfonun istehsalını müvəqqəti dayandırıb. “Foxconn” istehsal nöqtələrinin yerləşdiyi sənaye regionu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərə görə bu addımı atmaq məcburiyyətində qalıb. Stabil tədarük, həmçinin Hindistan şəhərləri arasında nəqliyyat əlaqəsinin bağlanması səbəbindən mümkün deyil.

 

Satış məlumatlarına istinadən edən analitiklərin qənaətinə görə, “iPhone Xr” dünyanın ən populyar smartfonudur. Mənbələr hesab edir ki, zavodların fəaliyyəti dayandırılmamışdan əvvəl “Apple” Hindistanda şirkətin telefonlar seriyasında “Xr” modelini əvəzləyən “iPhone 11” smartfonunun istehsalını işə salmağı planlaşdırıb.

 

Martın sonunda “Nikkei” nəşri bildirib ki, koronavirus pandemiyası səbəbindən “Apple” şirkəti “iPhone 12” smartfonunun buraxılışını təxirə sala bilər. Bundan başqa, digər məlumatda “iPhone SE” seriyalı növbəti nəsil smartfonun martın 31-nə təyin edilən təqdimatının baş tutmayacağı bildirilib.

 

Qeyd edək ki, 2020-ci ilin əvvəlində Çin zavodlarında “iPhone” və digər “Apple” texnikasının istehsalı dayandırılıb. Koronavirus infeksiyasının yayılma riskinin azaldılması məqsədilə Çin hakimiyyəti Yeni il tətilinin müddətini uzadaraq karantin tədbirləri tətbiq edib.

 

Nizam Nuriyev




Etiketlər:  Dünyanın populyar smartfonunun istehsalı dayandırılıb


RƏYLƏR