Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyanın Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb

İtaliyanın Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb

Tarix: 1 Aprel 2020 08:57

Bakı. Trend:

İtaliyanın Ferrara və ətrafındakı ərazilərində yaşayan sakinlərində COVİD-19 virusuna qarşı immunitet aşkarlanıb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumatına görə, bu barədə La Nuova Ferrara nəşri xəbər yayıb.

Belə ki, Emilia-Romanya əyalətində 14 mindən çox, Ferrarada isə cəmi 307 yeni növ koronavirusa yoluxan var. Bu məlumatları Mülki Müdafiə xidmətinin komissarı Serjio Venturi təsdiqləyib. Onun sözlərinə görə, digər əyalətlərlə müqayisədə Ferrara koronavirusa qarşı müqavimət göstərə bilir.

O qeyd edib ki, qonşu Bolonyada yoluxma halları müqayisə edilməz dərəcədə çoxdur.

Daha əvvəl Minnesota Universitetinin tədqiqatçıları rentgen kristalloqrafiyasının vasitəsi ilə koronavirus və Ace-2 hüceyrə zülallarının üçölçülü sxemlərini əldə ediblər. Bu model alimlərə infeksiyanın replikasiyası baş verərək bir şəxsdən digərinə keçməsinə qədər SARS-CoV-2-ni neytrallaşdıran potensial dərmanlar tapmaqda kömək edəcək.


Etiketlər:  İtaliyanın Ferrara şəhərinin sakinlərində koronavirusa qarşı immunitet aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ