Tarix: 1 Aprel 2020 11:04
Bu gün UEFA-nın növbəti videokonfransı olacaq.
Qol.az xəbər verir ki, günorta saatlarında UEFA quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə videobağlantı quracaq.
Videokonfransda iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, eyni zamanda koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokubokların bərpa müddəti müzakirə ounacaq.
Həmçinin, milli komandaların yeni təqvim məsələsi, oyunçu müqavilələri və transfer sistemi nəzərdən keçiriləcək.