Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb

“Petkim” koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb

Tarix: 1 Aprel 2020 15:20

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki “Petkim” neft-kimya kompleksi koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb.

Trend bu barədə “SOCAR Turkey” şirkətinə istinadən məlumat verir.

Şirkətdən bildiriblər ki, hazırkı vəziyyətdə “Petkim” tibbi ləvazimatlar və qablaşdırmalara olan cari tələbatı tam ödəmək üçün dayanmadan işləyir.

Bundan başqa, “Petkim” maska və xüsusi geyimlər üçün parça istehsalına zəruri xammala olan tələbatı tam ödəyir.

Qeyd edək ki, “Petkim” neft-kimya kompleksinin tərkibinə 14 zavod daxildir və bu zavodlarda 20 növ məhsul istehsal olunur. Kompleksin illik istehsal gücü 3,6 milyon tondur.


Etiketlər:  Petkim koronavirus fonunda tibb məhsulları üçün xammal istehsalına diqqət ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ