Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər

Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər

Tarix: 1 Aprel 2020 17:26

Çempionlar Liqası və Avropa Liqasının oyunlarının növbəti dəfə təxirə salınacağı gözlənilir.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu məsələ UEFA-nın bugünkü videokonfransında müzakirə olunub.

Qitə futbol qurumunun avrokubokların iyul və ya avqustda bərpa olunmasını, eyni zamanda milli çempionatların da həmin tarixdən davam etdirilməsini tövsiyə etdiyi bildirilib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyasına görə martın 13-dən dayandırılıb.
 


Etiketlər:  Avrokuboklar milli çempionatlar iyulda bərpa oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ