Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO)

Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO)

Tarix: 1 Aprel 2020 17:36

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtobillərdə olan səsgücləndiricilər vasitəsilə əhaliyə səslənərək karantin rejiminin qaydalarına riayət edərək sağlamlıqlarını qorumağa dəvət edirlər.

Sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

Polis əməkdaşları eyni zamanda fəaliyyətinə qadağa tətbiq olunmuş obyeklərə də nəzarəti tam gücü ilə davam etdirir. Bu günə kimi Lənkəranda karantin rejimi qaydalarını pozan 25 artıq obyekt barəsində inzibati protokollar tərtib edilib və bağlanması təmin edilib.

Rayon mərkəzi ilə yanaşı ətraf ərazilərdə də karantin qaydalarına tam nəzarət etmək və koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin daha kəsərli alınması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb.

Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO) - Gallery Image Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO) - Gallery Image Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO) - Gallery Image Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO) - Gallery Image Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir (FOTO) - Gallery Image


Etiketlər:  Lənkəranda xüsusi karantin rejimi qaydalarına nəzarət davam etdirilir FOTO


RƏYLƏR