Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA "Başakşəhər"-i cərimələyib

UEFA

Tarix: 1 Aprel 2020 21:00

UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro məbləğində cərimələyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının səkkizdəbir final mərhələsində Danimarkanın "Kopenhagen" klubu ilə ilk oyunda pirotexniki vasitələrdən istifadəsi buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşəhər"in minimal hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb və matçın nə vaxt keçiriləcəyi məlum deyil.

Milli.Az


Etiketlər:  UEFA Başakşəhər i cərimələyib


RƏYLƏR