Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 11:40
Koronavirus pandemiyası ilə əlaqədar evində qalmaq məcburiyyətində qalan İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin de Breyne karyerasını daha 2 il uzadacağını bəyan edib.
Sonxeber.net sport24.az-a istinadən xəbər verir ki, futbolsuz qaldığı üçün darıxdığını ifadə edən 28 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında açdığı canlı yayımda maraqlı fikirlər söyləyib:
"İki həftədi evdəyəm. İlk günlərdə ailəm və uşaqlarım bir az xəstəydi. Bu üzdən çox narahat idim. Hazırda yaxşıdılar. Buna görə şanslıyıq. Amma qarşıda necə olacağını əsla bilə bilmərik. Futbol üçün çox darıxmışam. Hər kəs futbolu sevir. Lakin indi futbol önəmli deyil. Hər birimizin təhlükəsizlikdə olmağa ehtiyacı var. İzolyasiya dönəmi bitəndən sonra evdə qala bilmərəm. Həyat yoldaşıma karyeramı daha 2 il uzadacağımı söylədim".
Qeyd edək ki, İngiltərə Premyer Liqasında pandemiya ilə əlaqədar verilmiş fasiləyə qədər çıxdığı oyunlarda 8 qola imza atan De Breyne 16 məhsuldar ötürmə müəllifi də olub.