Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan maska istehsalına başlayır

Azərbaycan maska istehsalına başlayır

Tarix: 2 Aprel 2020 12:16

Bakı. Samir Əli - Trend:

Azərbaycanda maskaların istehsaləna başlanır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabknetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycana maska istehsalı üçün xammal gətirilib:

"Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanacaq. Günə 200 min maska istehsal olunacaq. Prosesə aprelin əvvəlindən başlanacaq. Artıq avadanlıqlar quraşdırılıb. İş adamları və dövlət rəhbəri özlərinin nüfuzundan istifadə edərək xaricdən bu xammalı alıb və onlar Azərbaycana gətirilib. Bu xammallar satılmır".


Etiketlər:  Azərbaycan maska istehsalına başlayır


RƏYLƏR