Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həbib məndən qorxur və qaçır" - Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

Tarix: 2 Aprel 2020 15:16

UFC 249 çərçivəsində 18 apreldə keçirilməli olan Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü təxirə salınıb. Rus idmançı koronavirus pandemiyası səbəbindən həyatını riskə atmaq istəmədiyini bildirərək döyüşdən imtina edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Toni Ferqyuson Tvitter hesabında paylaşdığı video vasitəsilə son baş verənlərə münasibət bildirib. Amerikalı döyüşçü Həbibi qorxaq və sürtük adlandırıb:

"Bu adam mənimlə döyüşmək istəmir. Həbib məndən qorxur və qaçır. Buna görə də onu titulundan məhrum etmək lazımdı.

Biz Həbibi qorxutduq. Əbu-Dabidən ABŞ-a qayıda bilərdi. Təyyarəyə minib geri qayıtmaq üçün hər cür imkanı var idi. Artıq ikinci dəfədi ki, biz onu qorxuduruq.

Mən əsl döyüşçüyəm. Həbib və Konor isə ayaqlarının arasındakı quyruqlarla ora-bura qaçırlar. Onların itlərdən heç bir fərqi yoxdu. Onlar qorxaqdılar. Həbib sürtükdü. Döşəməni onun papağı ilə silməyə hazır olduğumu özünə də demişdim, görünür, qorxdu".

Qeyd edək ki, Həbib - Ferqyuson döyüşü 5-ci dəfədi ki, ləğv edilir. Dueli təşkil etmək üçün ilk cəhd 2015-ci ildə olmuşdu.

Milli.Az


Etiketlər:  Həbib məndən qorxur qaçır Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ