Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 16:00
Bu gün bütün dünya, o cümlədən müsəlman ölkələri koronavirusdan əziyyət çəkir.
Sonxeber.net xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahirin yalnız koronavirusun nəticələri bəlli olduqdan sonra ölkələrlə Həcc üçün müqavilələr imzalanacağı haqda açıqlamasını şərh edərkən deyib. S.Həsənli qeyd edib ki, bu, proseslər bitənə kimi müsəlmanların Həcc ziyarətinə gedə bilməyəcəyi deməkdir:
"İslam tarixində ilk dəfədir ki, belə bir hal yaşanır. Mövcud vəziyyətlə əlaqədar müsəlman ölkələrində xüsusi tədbirlər görülür. İnsanlara ibadətlərini evlərində edilməsi məsləhət görülür. Səudiyyə Ərəbistanı da bu virusun zəvvarlar arasında yayılmasının qarşısını almaq məqsədilə belə bir qərar verib. Düzdür, bu, Peyğəmbər zamanından bəri bir ilkdir. Amma nəzərə almaq lazımdır ki, hər il dünyada 25 milyon zəvvar Məkkə və Mədinəni ziyarət edir. Bu gün belə bir vəziyyətdə Həcc ziyarətinin edilməsi düzgün deyil. Əlbəttə, islamın 5 mühüm şərtindən biri də Həcc ziyarətidir. Amma hazırkı vəziyyətdə insanlar virusa yoluxa bilərlər. Ona görə də insanlar ilk növbədə özlərini qorumalı, daşıyıcılar isə digər insanlara bu virusu yoluxdurmamalıdır".