Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı şair “Çelsi”yə himn yazıb və Sarriyə təqdim edib - Şəkillər

Azərbaycanlı şair “Çelsi”yə himn yazıb və Sarriyə təqdim edib - Şəkillər

Tarix: 30 May 2019 12:20

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşündən sonra keçirilən mətbuat konfranslarından birində maraqlı hadisə baş verib.

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri fikirlərini bildirərkən konfrans zalına necəsə daxil ola bilmiş (akkreditasiya vəsiqəsi olmamış) Ramiq Muxtar adlı azərbaycanlı şair əlini uzadaraq söz istəyib. Lakin UEFA-nın nümayəndəsi ona sual vermək imkanı yaratmayıb.

Sonra 76 yaşlı veteran ayağa qalxaraq əlindəki faylları Sarriyə təqdim etmək istədiyini bildirib. Ancaq UEFA mühafizəçilərindən biri buna da imkan verməyib. O isə faylların mahnı sözləri olduğunu və “Çelsi”yə təqdim etmək istədiyini bildirib.


Mətbuat konfransı bitdikdən sonra isə London klubunun baş məşqçisi Ramiq Muxtardan mətni alıb və ona təşəkkürünü bildirib. Sarrinin bu addımı alqışlarla qarşılanıb.

Sonradan məlum olub ki, şair “Arsenal” üçün də mahnı sözləri yazıbmış (oxu.az).








Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Azərbaycanlı şair Çelsiyə himn yazıb Sarriyə təqdim edib Şəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ