Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Qəşəm Nəcəfzadə ilə görüş keçirilib (FOTO)

AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Qəşəm Nəcəfzadə ilə görüş keçirilib (FOTO)

Tarix: 30 May 2019 13:20

Bakı. Trend:

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət işçisi, şair-publisist Qəşəm Nəcəfzadə ilə görüş keçirilib.

Görüşü Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açdı. O, Q.Nəcəfzadənin həyat və yaradıcılığı haqqında müfəssəl məlumat verib onu fəxri diplomla mükafatlandırdı.

Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, İnqilab İsaq, Xəqani Həbiboğlu, Ələsgər Əlioğlu, Zaur Quliyev, Fazil Sənan, Firəngiz İdrisqızı, Qivami Qazıyev, Zülfiyyə Yaqubqızı, İmamverdi Məmmədov, Ramiz Təmkin, Zahir Şirani, İmam Cəmilli və Esmira Göyüşova çıxış edib şair haqqında ürək sözlərini söylədilər, ona yeni yaradıcılıq uğurları arzuladılar.

Tədbirdə Q.Nəcəfzadə haqqında video materiallar göstərildi. Sonda Qəşəm Nəcəfzadə yeni şeirlərini oxudu, kitablarını tədbir iştirakçılarına bağışladı, belə maraqlı görüş üçün AYB Gəncə bölməsinə təşəkkürünü bildirdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gəncə bölməsinin təşkilatçılığı ilə Qəşəm Nəcəfzadə ilə görüş keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ