Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tibbi əlcəklərdən düzgün istifadə olunurmu?

Tibbi əlcəklərdən düzgün istifadə olunurmu?

Tarix: 4 Aprel 2020 19:45

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tibbi əlcəklərdən düzgün istifadə qaydaları barədə məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış əlcəklər mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütamadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək".

Həmçinin diqqətə çatdırılıır ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır. Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır.

"Əlcəklərin istifadəsi" məlumat vərəqində qeyd olunub ki, əllərin gigiyenasının aparılmasına dair göstəriş əlcəklərin istifadəsini tələb edən təmasdan əvvəl olduqda, əllərin gigiyenası (antiseptiklə işlənmə və ya sabunla yuma) əlcəklər geyilməzdən əvvəl aparılmalı, əllərin gigiyenasının aparılmasına dair göstəriş əlcəklərin istifadəsini tələb edən təmasdan sonra olduqda, əllərin gigiyenası (antiseptiklə işlənmə və ya sabunla yuma) əlcəklər çıxarıldıqdan sonra aparılmalı, əllərin gigiyenasının aparılmasına dair göstəriş tibb işçisi əlcəkləri geyinmiş olduğu müddətdə yaranmış olduqda, əlcəklər çıxarılmalı və əllərin gigiyenik antiseptikası aparılmalı və ya onlar sabunla yuyulmalıdır.

Məlumat vərəqində bildirilib ki, əlcəklərdən istifadə təcrübəsinin əllərin gigiyena qaydalarına riayət edilməsinə təsiri kifayət qədər əminliklə təyin edilməyib, belə ki, bir sıra tədqiqatların dərc olunmuş məlumatları ziddiyyətli nəticələr verir. Bununla belə, əllərin gigiyenik işlənilməsi ilə bağlı göstəriş hesaba alınmadıqda faktiki olaraq mikroorqanizmlərin ötürülməsinə gətirib çıxara bilər.

Qeyd edilib ki, təmasla bağlı ehtiyat tədbirləri gözlənilməklə, əllərin gigiyenik antiseptik işlənilməsi olmadan əlcəklərdən davamlı isitfadə potensial patogen mikroorqanizmlərin ötürülməsinə səbəb ola bilər.

Nazirlik, həmçinin tibbi əlcəklərdən düzgün istifadə qaydalarını da açıqlayıb.

Bildirilib ki, göstəriş olmadan əlcəklərdən istifadə maddi resursların lüzumsuz sərfiyyatı olub, potensial patogen mikroorqanizmlərin çarpaz ötürülmə səviyyəsinin endirilməsinə kömək etmir. Həmçinin bu, əllərin gigiyenik işlənilməsinin aparılmalı olduğu halların ötürülməsinə səbəb ola bilər. Qeyri-düzgün saxlanılması, geyilmə və çıxarılma texnikası və istifadəsinə dair qeyri-düzgün göstərişlərlə əlaqədar kontaminasiya olunmuş əlcəklərdən istifadə də potensial patogen mikroorqanizmlərin ötürülməsinə səbəb ola bilər.


Etiketlər:  Tibbi əlcəklərdən düzgün istifadə olunurmu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ