Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda koronavirusdan qorunmaq üçün bu dərman təsdiqlənib

Hindistanda koronavirusdan qorunmaq üçün bu dərman təsdiqlənib

Tarix: 4 Aprel 2020 23:21

Hindistanın COVID-19-la Milli Mübarizə Mərkəzi Hidroksixloroxin dərmanını koronavirus xəstəliyinin profilaktikası üçün təsdiqləyib.  Məlumata görə, həmin ölkədə dərman bəlli qruplarda, məhdud qaydada, SARS-CoV-2 infeksiyasından qorunmaq üçün profilaktik məqsədlə istifadə oluna bilər.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bu barədə dermatoloq, uzman həkim Mehdi İskəndərli sosial şəbəkədə məlumat yayaraq hidroksixloroxin dərmanının əsasən iki qrup populasiyada istifadəsinə icazə verildiyini açıqlayıb:

1.Təsdiqlənmiş və ya şübhəli qəbul edilən COVID-19 xəstəsi ilə təmasda olan tibbi personallara

2.Təsdiqlənmiş və ya şübhəli qəbul edilən COVID-19 xəstəsinin təmasda olduğu yaxın qohumlarına

Mütəxəssis Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinə istinadən vurğulayıb ki, xinin preparatlarının istifadəsində əsas məqsəd bu iki qrup insanların SARS-CoV-2 virusunun inkubasiya perioduna girmədən onları qorumaqdır. Hidroksixloroxin dərmanının dozası isə həkim tərəfindən təyin edilir və 3-7 həftə boyunca qəbul edilir. 15 yaşından aşağı uşaqlarda istifadəsi qadağan edilib. Retinopatiya olanlarda istifadəsi əks göstərişdir. Cünki, bu dərmanın korluq yaratma kimi ciddi yan təsiri vardır. Hidroksixloroxin dərmanı COVID-19 profilaktikası zamanı istifadə edilsə də, xəstələrə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi ümumi gigiyena və qoruyucu qaydalara da paralel şəkildə əməl edilməsi məsləhət bilinir.

Hindistanın COVID-19 ilə Milli Mübarizə Mərkəzinin qərarına əsasən, bu dərmanın yalnız apteklərdən həkim resepti ilə alınması mümkündür. Sıravi vətəndaşlara ciddi yan tərislərinə görə həkim resepti olmadan satılması və istifadəsi yasaqlanıb. Hidroksixloroxin dərmanı yalnız məhdud, riskli qruplarda istifadəsinə icazə verilir. Kütləvi şəkildə, COVID-19 riski omayanlarda qorumaq məqsədi ilə istifadəsi qadağandır.

Dermatoloq qeyd edib ki, hidroksixloroxin preparatı yeni dərman deyil. Bu dərman 1955-ci ildə FDA tərəfindən qırmızı qurd eşənəyi, revmatoit artritin müalicəsi üçün təsdiq edilib. Dərman bir çox dəri xəstəlikləri üşün tez-tez təyin edilir. Lakin, son zamanlar dərmanın antivirus özəlliyi də ortaya çıxıb. Belə ki, COVID-19 xəstəliyi ilə mübarizə sırasında bir sıra xəstələrdə bu dərmanın antivirus tərəfini müşahidə ediblər. Məlumatlara görə, bu, xəstəlik müddətini qısaldır.

Xatırladaq ki, Fransa alimləri də koronavirusa qarşı iki dərmanın sınaqlarını keçiribr. Onlardan biri də hidroksixloroxindir.
Marsel Universitetinin hospitalının əməkdaşları COVID-19-un simptomları aşkar olunmuş xəstələr üzərində apardıqları sınaq zamanı hidroksixloroxin və azitromisin kombinasiyasını qəbul edən pasiyentlər sağalıb və analiz zamanı bu insanlarda koronavirus aşkar olunmayıb.

Hidroksixloroxin malyariya xəstəliyinin müalicəsində, azitromisin isə antibiotik kimi istifadə olunub.


Etiketlər:  Hindistanda koronavirusdan qorunmaq üçün dərman təsdiqlənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ