Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 23:12
Mütəxəssislər fikirləri mətnə köçürə bilən yeni süni intellekt texnologiyası üzərində işləyirlər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, araşdırmanı Kaliforniya Universitetinin mütəxəssisləri aparıblar. Onlara bu işdə beyinlərinə elektrod implantları yerləşdirilmiş 4 insan yardım edib. İnsanlardan 50 fərqli cümləni təkrarlamaq xahiş olunub. Əldə edilən məlumatlar alaoritmə köçürülüb və sistem alqoritmi səslərlə qarşılaşdırdıqdan sonra mətnə köçürməyə başlayıb. İlk dəfə əldə edilən cümlələr heç bir məna ifadə etməsə də, sonradan sistem təkmilləşdirilib.
Araşdırma komandası sistem vasitəsilə danışmayan insanların da fikirlərini mətnə köçürməyə çalışır.