Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 11:50
Bakı. Trend:
Türkiyə 4 obyektin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Mədəniyyət və Turizm Nazirliyi bildirib.
Nazirlikdən qeyd olunub ki, obyektlərdən biri milli, üçü isə çoxmillətli obyektdir.
Qeyd olunur ki, çay mədəniyyəti, balaban və Molla Nəsrəddin lətifələri çoxmillətli şəkildə təqdim edilib.
Belə ki, balaban UNESCO-ya Azərbaycanla birgə, Molla Nəsrəddin lətifələri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanla birgə təqdim edilib.
Qeyd edək ki, Azərbaycan 2006-cı ildə Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyaya qoşulub. Hazırda “Qeyri-maddi mədəni irs siyahısında” Azərbaycana aid 6 qeyri-maddi mədəniyyət nümunəsi var:
Muğam sənəti 2003, Novruz bayramı və aşıq sənəti 2009, xalçaçılıq sənəti 2010, çövkən milli oyunu 2012, kəlağayı isə 2014-cü ildə ali irs siyahısına əlavə edilib.