Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızlarım ailələri ilə öz evlərində oturublar''

''Qızlarım ailələri ilə öz evlərində oturublar''

Tarix: 6 Aprel 2020 21:36

"Evdə oturmuşuq, normal həyat yaşayırıq və öz işlərimizlə məşğul olmağa çalışırıq.

O qədər çəkilişdə, işdə olmuşam ki, bəzi işlərim evdə yığılıb qalmışdı. Ona görə də yavaş-yavaş öz işimlə məşğul oluram".

Sonxeber.net bildirir ki, bu sözləri teleqraf.com-a açıqlamasında əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib.

O, evdə yaradıcılığı ilə məşğul olduğunu açıqlayıb:

"Qızlarım ailələri ilə öz evlərində oturublar. Onlarla görüntülü danışıram. Özüm isə evdə kitab oxuyuram, televizora baxıram.

Əsas odur ki, bu vəziyyətdə özünü itirməyəsən. "Evdəqal" deməklə səni məhbus etməyiblər ki... Həm də dövlətimizi, həkimlərimizi fikirləşmək lazımdır, biz böyük bir ailəyik. Necə ki, balalarımızı düşünürük".

Əməkdar artist onu da deyib ki, hər kəs xəstələnsə həkimlərimiz onun öhdəsindən gələ bilməz:

"Bu demək deyil ki, koronavirusdan ölən çoxdur. Amma elə bir xəstəlikdir ki, ətrafındakı hər kəsi yoluxdurursan.

Elə bilirsiniz ki, mənə çətin deyil. Bizim binada eyvan da yoxdur. Pəncərədən baxıram, küçədə adam yoxdur.

Evdə mən və həyat yoldaşımdır. Amma şükür Allaha internet var və bütün dünya ilə onlayn danışmaq mümkündür. Ona görə də ruhdan düşmək olmaz.

Hər birimizin vətəndaş kimi borcu odur ki, evdə qalsın. Özündən başqa adamları da fikirləşməlisiniz. Bu da insanın mədəniyyətidir. Ağıldan kəm olasan ki, virusa inanmayasan.

Baş verənləri televiziyalarda göstərirlər axı".


Etiketlər:  Qızlarım ailələri ilə evlərində oturublar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ