Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 02:20
Bakı. Trend:
Son 24 saat ərzində dünyada koronavirusa yoluxnaların sayı 77 mindən çox artıb, 5 minə yaxın insan ölüb. Bu, əvvəlki sutka ərzində qeydə alınan göstəricisindən bir qədər azdır. Həmin vaxtda yeni xəstəlik hallarının sayı 82 mini keçmişdi, ölümlə nəticələnən yeni halların sayı 5 mindən çox olmuşdu.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündəlik bülletenində bildirilib.
Statistikaya əsasən, dünyada 1 210 956 xəstələnən və 67 594 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 77,200, ölənlərin sayı isə 4 810 nəfər artıb.
Ən çox xəstələnmə və ölüm halları Avropa Bölgəsində qeydə alınıb - müvafiq olara 655339 və 49479 hal. Gün ərzində orada xəstələnlərin sayı 33 932, ölüm halları isə 3063 nəfər artıb. Aprelin 6-na olan vəziyyətə görə, orada 112 522 xəstələnən və 3861 ölüm halı aşkar edilib.
Ən çox yoluxan ABŞ-da qeydə alınıb - 307,318 nəfər. Onun ardınca İspaniya (130 759), İtaliya (128 948), Almaniya (95 391) və Çindir (83 005).