Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 08:24
Bakının Xətai rayonunda evdə 16 yaşlı yeniyetmə xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində baş verib.
2004-cü il təvəllüdlü Ağayev Nəcəf Cəmil oğlu kiçik qardaşı ilə mübahisə edib. Azyaşlı onun qulağını dişləyib. Yaralı qulaq seyvanının cırılmış və qopmuş diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Həkimlər onun qulağına tikiş qoyub.