Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

SOCAR Rumıniyada 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib

Tarix: 7 Aprel 2020 13:16

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “SOCAR Petroleum” Rumıniyada “Aral M.T.B.” şirkətinə məxsus 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib.

Trend-in məlumatına görə, Rumıniyanın Rəqabət Şurası icarə sazişini təsdiqləyib.

Qeyd olunur ki, Arad, Timiş və Sibiu bölgələrində yerləşən 6 yanacaqdoldurma məntəqəsi icarə müqaviləsi əsasında SOCAR tərəfindən istismar ediləcək:

“Aparılan təhlildən sonra məlum olub ki, bu saziş Rumıniya bazarında səmərəli rəqabət üçün maneə yaratmır”.

Qeyd edək ki, SOCAR hazırda Rumıniyanın 42 regionundan 21-də, o cümlədən Buxarestdə 44 yanacaqdoldurma məntəqəsinə malikdir.


Etiketlər:  SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ