Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanda Türkiyə ilə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək (FOTO/VİDEO)

Naxçıvanda Türkiyə ilə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək (FOTO/VİDEO)

Tarix: 30 May 2019 19:24

Bakı. Trend:

Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Naxçıvanda Türkiyə ilə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək FOTOVİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ