Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi'' - Əfv edilən məhkum

''Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi'' - Əfv edilən məhkum

Tarix: 7 Aprel 2020 13:54

Törətdiyim ağır cinayətə görə çəkdiyim cəzanın bir hissəsini bağışladığı üçün Prezident İlham Əliyevə təşəkkür edirəm.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən məhbus - 1953-cü il təvəllüdlü Eyvaz Quliyev deyib.

9 il əvvəl qonşusunu qətlə yetirən və 13 il həbs cəzasına məhkum edilən E.Quliyev 8 il 10 aydan sonra əfv olunub:

"Heç kim istəməz ki, yolu cəzaçəkmə müəssisəsinə düşsün. Cəzamın bitməsinə 3 il 2 ay vaxt qalmışdı. Sevinirəm ki, dövlət başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi. Əfv siyahısında adımın olduğunu eşidəndə, çox sevindim. 11 uşaq atasıyam, həmişə öz zəhmətimlə çörək qazanmışam".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.


Etiketlər:  Dövlət başçısı humanist addım ataraq bizə azadlıq bəxş etdi Əfv edilən məhkum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ