Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb

Tarix: 7 Aprel 2020 16:28

Bakı. Trend:

Afrika qitəsində koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb.

Trend-in məlumatına görə, 52 ölkədə 487 nəfər vəfat edib.

Ən çox yoluxma faktı Cənubi Afrika Respublikasında qeydə alınıb. Bu ölkədə 1 686 nəfər virusa yoluxub, 12 nəfər həyatını itirib.

Əlcəzairdə 1423, Misirdə 1322 yoluxma qeydə alınıb.

Koronavirusdan ölənlərin sayına görə isə Əlcəzair liderlik edir. Bu ölkədə 173 nəfər virusun qurbanı olub.

Hazırda Afrikada Lesoto və Komor adalarında koronavirus qeydə alınmayıb.


Etiketlər:  Afrikada koronavirusa yoluxanların sayı 10 min nəfəri ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ