Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 14:20
"Barselona" futbolçusu Koutinyonun satış qiymətini müəyyənləşdirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu hazırda "Bavariya"da icarədə olan braziliyalı yarımmüdafiəçini 90 milyon avroya satmağa hazırdır. Klubun gözlənilən maliyyə böhranına görə qiyməti azaltmaq niyyətində olmadığı da bildirillib.
İngiltərə Premyer Liqa təmsilçilərindən bir neçəsi Koutinyonu icarəyə götürmək istəyir. "Barselona" isə yalnız sonradan futbolçunu birdəfəlik transfer etmək şərti ilə onu göndərməyə hazır olduqlarını bildirib.
Qeyd edək ki, Koutinyo ilə "Çelsi", "Mançester Yunayted", "Lester", "Arsenal" və "Tottenhem"in maraqlandığı iddia olunur.