Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi xarakterizə olunur''

''2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi xarakterizə olunur''

Tarix: 9 Aprel 2020 12:54

2019-cu il Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında dərin islahatlar ili kimi xarakterizə olunur.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, 2019-cu ilin Azərbaycanda uğurlu il olmasının səbəbi ölkədə həyata keçirilən ciddi islahatlardır. O bildirib ki, ən əsas islahatlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən struktur və kadr islahatları oldu: "Bu islahatlar iqtisadiyyatın inkişafına böyük təkan verdi, Azərbaycan iqtisadiyyatında ÜDM artıb. Azərbaycanın investisiya cəlbedici olması və bu sahədə şəffaflığın təmin edilməsi də beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb".

S.Movruzov vurğulayıb ki, ötən il ərzində Azərbaycanın beynəlxalq sahədə xüsusi uğurları olub. S.Novruzov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Valaday, Aşqabad, Davos, Mühnendə çıxışları, Ermənistanı ifşa etməsi, Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını bir daha əsaslı faktlarla sübut etməsi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkəmizin böyük uğurlarıdır.


Etiketlər:  2019 Azərbaycanda dərin islahatlar kimi xarakterizə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ