Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 qat Belçika çempionu peşəkar klub statusunu itirə bilər

10 qat Belçika çempionu peşəkar klub statusunu itirə bilər

Tarix: 9 Aprel 2020 15:36

Belçika "Standard"ı peşəkar klub statusundan məhrum edilə bilər.

Qol.az Belçika mətbuatına istinadən xəbər verir ki, klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçməyib. Çünki Lyej təmsilçisi fevral ayı üçün 8 futbolçusuna 1 milyon avrodan çox bonuslara görə ödəniş verdiyini təsdiqləməyib. Ümumiyyətlə, 2019-cu ildən klubda ciddi maliyyə itkiləri olduğu vurğulanıb.

Bildirilib ki, "Standard" aprelin 14-ə kimi şikayət etmək hüququna malikdir. Klub hələ də peşəkar lisenziya almasa, növbəti mövsüm ancaq Belçikanın üçüncü divizionunda iştirak edə biləcək.

"Standard"dan başqa, əsas liqada oynayan "Royal Eksel Muskron" və "Ostend" klublarının da peşəkar lisenziya ala bilmədiyi vurğulanıb.

Qeyd edək ki, "Standard" 1898-ci ildə yaradılıb. Klub tarixi ərzində 10 dəfə Belçika çempionu, 6 dəfə Belçika kubokunun sahibi olub.

 


Etiketlər:  Belçika çempionu peşəkar klub statusunu itirə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ