Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT ÜST-ün dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib

BMT ÜST-ün dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib

Tarix: 9 Aprel 2020 16:44

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş koronavirus (COVID-19) infeksiyasına dair Ümumdünya Səhiyyət Təşkilatına dəstək bəyanatı yayıb.

Təşkilatdan Trend-ə daxil olan bəyanatda qeyd edilir ki, COVID-19 pandemiyası çağdaş dünyanın üzləşdiyi ən təhlükəli problemlərdən biridir. Bundan başqa bu, sağlamlığa və sosial-iqtisadi vəziyyətə ciddi fəsadlar törədən bəşəri böhrandır:

"Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların əhalisini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

Ötən il Demokratik Konqo Respublikasına səfərim zamanı ÜST əməkdaşlarının qeyri-stabil şəraitdə, habelə ucqar və təhlükəli regionlarda Ebola ilə mübarizə apararkən cəsarət və qətiyyətinin şəxsən şahidi olmuşam. Aylardır yeni Ebola hallarının qeydə alınmaması ÜST-ün diqqətəlayiq uğurudur.

İnanıram ki, Ümumdünya Səhiyyə Təşkilatı dəstəklənməlidir. Bu, COVID-19-la müharibədə qalib gəlmək istiqamətində dünya ölkələrinin göstərdiyi səylər üçün çox vacibdir.

Misli görünməmiş virusa qarşı mübarizədə misli görünməyən addımlar atmalıyıq. Əlbəttə, hazırkı şərtlərdə eyni faktları müxtəlif mənbələr fərqli yoza bilər. Epidemiya bitdikdən sonra bu xəstəliyin necə yarandığını və dünyaya sürətlə yayılmasını, eləcə də tərəflərin böhrana reaksiyasını tam anlamaq üçün keçmişə baxmaq imkanı tapmalıyıq. Əldə olunacaq təcrübələr gələcəkdə baş verə biləcək oxşar təhlükələrə qarşı doğru addımlar atmaqda önəmli əhəmiyyət daşıyacaq.

Amma indi bunun zamanı deyil. İndi beynəlxalq ictimaiyyətin birgə və həmrəylik içində çalışaraq, bu virusu və onun dağıdıcı fəsadlarını dayandırmaq üçün birlik zamanıdır".


Etiketlər:  ÜST dəstəklənməsi üçün dünya ölkələrinə çağırış edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ