Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuxarı”dan dedilər ki, yarışı təxirə salaq”

“Yuxarı”dan dedilər ki, yarışı təxirə salaq”

Tarix: 10 Aprel 2020 11:26

Aprelin 18-də ABŞ-da keçirilməsi nəzərdə tutulan UFC 249 turniri təxirə salınıb.

Qol.az-ın xəbərinə görə, bu haqda qurumun prezidenti Dana Uayt bildirib. Qərar koronavirus pandemiyasının yayılmasına görə verilib.

“Bu gün bizə ən yuxarı səviyyədə zəng vurub dedilər ki, yarışı təxirə salaq” – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl bu turnir çərçivəsində Toni Fergüsonla Həbib Nurmaqomedovun döyüşü keçirilməli idi. Lakin rus döyüşçü ABŞ-a gedə bilməyəcəyini açıqladıqdan sonra onu Castin Qetji əvəzləmişdi.

 


Etiketlər:  Yuxarıdan dedilər yarışı təxirə salaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ