Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid mayor dəfn olunub (VİDEO)

Şəhid mayor dəfn olunub (VİDEO)

Tarix: 31 May 2019 12:38

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

Trend-in məlumatına görə, ötən gün şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu mayor Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.

Mayorun nəşi rayon mərkəzində böyük izdihamla qarşılanıb, Şəhidlə vida mərasimi onun boya-başa çatdığı Lələpaşa kəndindəki evində keçirilib. Daha sonra şəhid 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Şəhid mayor dəfn olunub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ