Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ötən il 300 milyon manatdan çox sığorta ödənişi edilib

Azərbaycanda ötən il 300 milyon manatdan çox sığorta ödənişi edilib

Tarix: 10 Aprel 2020 16:04

Bakı. Elçin Mehdiyev - Trend:

2019-cu il ərzində Azərbaycanda sığorta sektorunun cəmi aktivləri 14,2% (174 mln. manat) artaraq 1397 mln. manat təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatda deyilir.

2019-cu ildə toplanmış sığorta haqları əvvəlki ilə nəzərən 6,4% azalaraq 681,5 mln. manat, sığorta ödənişləri isə 25,2% artaraq 301 mln. manat təşkil edib.

Sığorta haqlarının 67%-i (456 mln. manatı) könüllü, 33%-i (225 mln. manat) isə icbari sığorta növlərinin payına düşür.


Etiketlər:  Azərbaycanda ötən milyon manatdan çox sığorta ödənişi edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ