Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 16:16
2019-cu il ərzində Azərbaycanda sığorta sektorunun cəmi aktivləri 14,2% (174 mln. manat) artaraq 1397 mln. manat təşkil edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatda deyilir.
2019-cu ildə toplanmış sığorta haqları əvvəlki ilə nəzərən 6,4% azalaraq 681,5 mln. manat, sığorta ödənişləri isə 25,2% artaraq 301 mln. manat təşkil edib.
Sığorta haqlarının 67%-i (456 mln. manatı) könüllü, 33%-i (225 mln. manat) isə icbari sığorta növlərinin payına düşür.