Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 08:56
AMD şirkəti CES 2020 sərgisində notbuklar üçün Zen 2 çip və 7 nm istehsalat arxitekturasında hazırlanan Ryzen 4000 prosessorlarını təqdim etmişdi. İndi isə artıq bu prosessorların olduğu notbuklar yavaş-yavaş satışa çıxmağa başlayıb. Ryzen 4000 seqmentində olan prosessorların ən güclüsü olan Ryzen 9 4800HS, hal-hazırda İntel-in 9-cu nəsil ən güclü notbuk prosessoru olan Core i9-9880H ilə müqayisə edilib. Qeyd edək ki, 10-cu nəsil İntel notbuk prosessorları hələ çıxmayıb.
Ryzen 9 4800HS prosessoru Core i9-9880H-a görə 12-55% daha güclüdür.
Ryzen 9 4800HS prosessoru 8 nüvəyə və 16 iş parçacığına malikdir. Standart halda 3.0 Ghz tezliyə malik prosessor yük altında 4.3 Ghz tezliyə yüksəlir. Həmçinin 12 MB keş yaddaşına malikdir. Testlərə görə Ryzen 9 prosessoru, 90W güc istifadə edən Core İ9-a nəzərən 11.9% daha performanslıdır. Qeyd edək ki, Ryzen 9 4800HS 45W güc istifadə edən Core İ9-a nəzərən 33%, 35W güc istifadə edən versiyaya nəzərən isə 54% daha güclüdür.
Burda əsas faktor AMD-nin yeni notbuk prosessorları 7 nm ilə istehsal edilərkən, İntel-in prosessorları hələ də 14 nm ilə istehsal edilir. O səbəbdən Ryzen 9 4800HS, sadəcə 35W güc istifadə edərək 90W güc istifadə edən Core i9-9880H prosessorunu keçə bilir. İntel-in 10-cu nəsil yeni notbuk prosessorlarında hələ də 14 nm istehsalat arxitekturasından istifadə edir.