Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 14:12
"Azərbaycan koronavirusla bağlı aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin səhiyyəyə göstərdiyi diqqət və qayğının nəticəsidir:
"Son illərdə ölkədə yeni səhiyyə müəssisələri inşa edilib, təcrübəli və savadlı həkim kadrları hazırlanıb. İnkişaf etmiş ölkələrdə təhsil alan yüksək biliyə malik həkimlərimiz xaricdə təcrübə keçərək Azərbaycanda fəaliyyət göstərir. Ölkənin demək olar ki, bütün bölgələrini əhatə edən səhiyyə müəssisələrində 5 milyon nəfərdən çox insan tibbi müayinədən keçir".
Millət vəkili bildirib ki, hazırda Azərbaycanda koronavirus xəstələrinin müalicə və müayinələri üçün 20-dən artıq müasir tipli xəstəxana fəaliyyətdədir:
"Həmin müəssisələrdə yüzlərlə yüksək ixtisaslı həkim və təcrübəli tibb bacıları 24 saat dayanmadan bu cür xəstələrə xidmət edir. Bundan başqa, bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə 575 çarpayıdan ibarət ən müasir tələblərə cavab verən "Yeni klinika"nın açılışı oldu. Həmin tibb müəssisəsi koronavirus xəstələri üçün istifadəyə verildi. Hazırda digər xəstəxanaların da tikintisi davam etdirilir. Azərbaycan dövləti koronavirus xəstələrinə xidmət edən, ön cəbhədə olan həkim və digər tibb işçilərinin də əməyini yüksək qiymətləndirir. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb".