Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda iki qardaş spirtdən zəhərlənib öldü

Sumqayıtda iki qardaş spirtdən zəhərlənib öldü

Tarix: 11 Aprel 2020 14:50

Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar - 1972-ci il təvəllüdlü Smirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Smirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək, aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 

İ.Smirnov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N.Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. 

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sumqayıtda qardaş spirtdən zəhərlənib öldü


RƏYLƏR