Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktyor koronavirusdan sağaldı - FOTO

Azərbaycanlı aktyor koronavirusdan sağaldı -  FOTO

Tarix: 11 Aprel 2020 14:55

"Hər şeyin daha gözəl olacağına, bundan sonra həyatı, insanları daha çox sevib, daha yaxşı insan olub, boş seyləri özümüzə problem etməyib, anlamlı bir həyat yaşayacağımıza inanıram". Bu sözləri koronavirusdan sağalan azərbaycanlı aktyor Yasin Həzirə deyir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, aktyor virusa Türkiyədə yoluxmuşdu. Hazırda vəziyyəti yaxşıdır və orqanizmi bərpa olur.

Martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilməmişdi. Virusun ona otaq yoldaşından keçdiyini və COVİD 19 testinin pozitiv çıxdığını açıqlamışdı.

Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktyor koronavirusdan sağaldı FOTO


RƏYLƏR