Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tualetə getdim, 10 dəqiqəyə 250 siqaret çəkdim” - Fransa millisinin sabiq futbolçusu

“Tualetə getdim, 10 dəqiqəyə 250 siqaret çəkdim” - Fransa millisinin sabiq futbolçusu

Tarix: 11 Aprel 2020 17:04

Fransa milli komandasının sabiq futbolçusu Villi Sanyol İtaliya mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, keçmiş müdafiəçi DÇ-2006-da İtaliya yığmasının futbolçusu Marko Materatsiyə kəllə vuraraq, qırmızı vərəqə alan Zinəddin Zidanı iki il danışdırmadığını deyib:

"Oyundan sonra paltardəyişmə otağında Zidan üzr istədi. Ancaq mən qəbul etmədim. Onunla danışmaq istəmirdim, xəyal qırıqlığı yaşamışdım. Tualetə getdim, 10 dəqiqəyə 250 siqaret çəkdim. Buna görə gizlənməyə çalışırdım. Təxminən iki ilə yaxın Zidanla danışmadım. Sonra 2008-ci ildə toyda həyat yoldaşım Zidanı dəvət etməyimi istədi. Onu çağırdım və sonra yaxşı söhbət etdik".

Sanyol, DÇ-2006-da, Fransa - İtaliya matçında komanda yoldaşı Zidanın rəqibi Marko Materatsiyə kəllə vuraraq, komandasını azlıqda qoymasına əsəbiləşmişdi. Və yığmasının məğlubiyyətində Zidanı günahlandırırdı.

Fransa - İtaliya matçının əsas vaxtı 1:1 hesabıyla bitib. Zidan 109-cu dəqiqədə Materatsiyə kəllə vurduğu üçün qırmızı vərəqə almışdı. Fransa həmin matçda penaltilərdə 3:5 hesabıyla uduzmuşdu.

Milli.Az


Etiketlər:  Tualetə getdim 10 dəqiqəyə 250 siqaret çəkdim Fransa millisinin sabiq futbolçusu


RƏYLƏR