Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Tarix: 11 Aprel 2020 18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, araşdırma zamanı Sabirabad rayonu Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və kolların kəsildiyi, təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib.


Etiketlər:  Təbiətə ziyan vuran şəxs cəzalanıb


RƏYLƏR