Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb

Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb

Tarix: 11 Aprel 2020 19:44

Koronavirusa yoluxmanın təyini üçün müxtəlif yollar axtaran tədqiqatçılar öskürək səsi ilə sözügedən infeksiyanı ortaya çıxaran tətbiq hazırlayıblar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Kembridc Universitetinin COVID-19 Sounds tətbiqi istifadəçilərin nəfəs və öskürək səsini toplayır. Tədqiqatçılar istifadəçinin daxil etdiyi hər məlumatın doğru olmadığını desələr də, onlardan son 14 gün ərzində koronavirus diaqnozu qoyulub qoyulmadığını soruşurlar.

Tətbiq istifadəçilərin yaşları, cinsiyyətləri, səhhətləri, siqaret çəkib çəkmədikləri və başqa suallara da cavab istəyir.

Universitetin Kompüter elmləri və texnologiyası fakültəsinin professoru Sesiliya Maskolo yetərincə məlumat toplandıqdan sonra sadəcə öskürək səsinin erkən daqnoza yetərli olacağını deyib.


Etiketlər:  Öskürək səsindən koronavirusa yoluxmanı təyin edən tətbiq hazırlanıb


RƏYLƏR