Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 08:44
Bakı. Trend:
Britaniyanın Milli Sağlamlıq Xidməti (NHS) COVİD-19 virusunun daşıyıcısı ilə əlaqə quran insanları müəyyən edə biləcək mobil tətbiq üzərində çalışır.
Trend-in məlumatına görə, bu barədə aprelin 12-də "The Sunday Times" qazeti xəbər berib.
Qurumun texnoloji bölməsi Google və Apple ilə əməkdaşlıq edir və iş sürətlə gedir. Proqramda "Bluetooth" texnologiyasından istifadə ediləcək və tətbiq yaxın məsafədə yerləşən qurğular arasında əlaqələri qeyd etməyə imkan verəcək. Beləliklə, yoluxanlara yaxınlaşan istifadəçilər bildiriş ala biləcəklər. Oxşar tətbiqlər artıq Sinqapurda, Hindistanda və digər ölkələrdə istifadə olunur.
Britaniya hakimiyyəti texnologiyanın insanların şəxsi məlumatlarına təhlükə yaratmamalı olduğunu vurğulayır. Bildirişlər anonim olacaq və tətbiq yolu ilə əldə edilən məlumatlar polis tərəfindən özünü təcridetmə ilə əlaqədar məhdudiyyətlərə riayət etmək üçün istifadə edilməyəcək. Əks təqdirdə tətbiqin geniş yayılmayacağı gözlənilir, onun effektivliyi üçün əhalinin ən az 60 faizinin ondan istifadə etməsi gərəkir.