Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hökumət Ronaldonu tənqid etdi

Hökumət Ronaldonu tənqid etdi

Tarix: 12 Aprel 2020 10:30

Portuqaliyanın Madeyra bolgəsinin hökuməti Kriştiano Ronaldunu tənqid edib.

Qol.az-ın “Latestly” saytına istinadən yaydığı xəbərə görə, buna “Yuventus”u hücumçusunun karantin qaydasını pozaraq stadionda məşq etməsi səbəb olub.

Madeyranın Səhiyyə Departamentinin rəhbəri Pedro Ramos bildirib ki, karantin rejiminin tətbiq edildiyi şəhərdə futbolçunun qaydalara ziddi olaraq stadionda məşq etmək hüququ yoxdur: “Dünyanın ən yaxşı futbolçusu kimi o, başqa vətəndaşlara nümunə olmalıdır. Görünən budur ki, Ronaldo stadionda cəmi bir neçə dəqiqə məşq edib və heç kimə ziyan vurmayıb. Amma futbolçunun etdiyi qayda pozuntusunun ciddiyyətini də qəbul etməliyik. Biz hamımız etdiyimiz hərəkətin məsuliyyətini dərk etməliyik”.

Xatırladaq ki, aprelin 9-u Ronaldo Madeyranın Funşal şəhərindəki stadionda oğlu ilə məşq edib. Portuqaliyalı martın 9-dan Madeyradadır. Onun gələn həftə Turinı qayıdacağı və “Yuventus”un başlanacaq məşqinə qatılacağı gözlənilir.

 


Etiketlər:  Hökumət Ronaldonu tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ