Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 12:16
Bakı. Trend:
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması ilə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib.
Trend-in məlumatına görə, tövsiyə standart dezinfeksiya vasitələrinin qıtlığı ilə üzləşən tibb müəssisələrinə şamil edilir.
Qeyd olunur ki, dezinfeksiya vasitəsi kimi tərkibində 70-83 faiz spirt olan içkilər qəbul edilir.
Eyni zamanda nazirlik ev şəraitində əlləri səylə yumağı tövsiyə edib.
Yaponiyada bu günədək 7 370 nəfər koronavirusa yoluxub, 123 nəfər həyatını itirib.